[b]AFFA rəhbərliyindən təqdimat - FOTO[/b]
05.09.2017 - 15:58
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı xüsusi təqdimat keçirib. Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyinə həsr olunub.
Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.
0
0