AFFA yeni komitə yaradır
14.11.2014 - 16:04
AFFA yeni komitə yaradır

AFFA-nın strukturunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, assosiasiyada yeni komitə fəaliyyət göstərəcək.

 

Belə ki, qurum prezidenti Rövnəq Abdullayevin əmrinə əsasən assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq. Bu proses isə baş katibliyə tapşırılıb.

 

Tapşırıqda Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması, iş prinsipinin müəyyənləşməsi, üzvlüyə namizədlərin siyahısının tərtibi ilk sıralarda yer alıb. Bundan başqa katiblik namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlamasını təmin etməli, yeni qurumu təsdiq üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil etməlidi.

 

Mənbə: affa.az