Afrikalı olmasaydı…
05.03.2014 - 02:04
Afrikalı olmasaydı…

“Mançester Siti”nin yarımmüdafiəçisi Samir Nəsri komanda yoldaşı Yaya Turenin haqsız olaraq kölgədə qaldığını bəyan edib. Apasport.az saytının məlumatına görə, Nəsri bunun səbəbini Turenin afrikalı olması ilə bağlayıb.

 

“Yaya Ture afrikalı olmasaydı, hamı onu dünyanın ən yaxşı yarımmüdafiəçisi adlandırardı. O, meydanda hər şeyi edə bilir – qol vurur, müdafiə olunur, hücum edir. Topla o qədər güclü görünür ki, onun oyununa ancaq heyran qalırsan. O, dahi futbolçudur” - deyə, Nəsri qeyd edib.

 

Bununla yanaşı o, qeyri-obyektiv ola biləcəyini də istisna etməyib: “Bəlkə də bir qədər qeyri-obyektivəm. Hər halda, o, mənim dostumdur. Amma mənim üçün dünyanın üç ən güclü yarımmüdafiəçilərindən biridir. Afrikalı olmağı onun əleyhinə işləyir. Argentinalı və ya braziliyalı olsaydı, hamı onun barəsində danışardı. Argentinalı və ya braziliyalıların barəsində pis heç nə demək istəmirəm. Amma onlara ancaq vətəndaşlıqlarına görə 40-50 milyon ödəyirlər. Mənə Ture kimi elə bir dayaq yarımmüdafiəçisi göstərin ki, hücuma qoşulsun və mövsüm ərzində 16-17 qol vursun”.

 

 

0