Ağabala Ramazanov 11 dəqiqə oynadı, “fərqləndi”
14.10.2014 - 00:12
AVRO-2016-nın seçmə mərhələsində Xorvatiya ilə qarşılaşan milli komandamızın futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran"ın hücumçusu əsas millimizdə ilk rəsmi oyununa çıxıb.
Cənub klubunun forvardı 30-cu dəqiqədə Qara Qarayevin əvəzinə meydana daxil olub. O, 7 dəqiqə oynadıqdan sonra “fərqlənib”.
Belə ki, görüşün baş hakimi Stefan Studer Ramazanova sarı vərəqə göstərib. İlk hissənin başa çatmasına 4 dəqiqə qalmış isə Berti Foqts Ağabalanı Cavid Hüseynovla əvəzləyib.
Qeyd edək ki, hazırda millimiz 0:6 hesabı ilə uduzur.
0
0