Ağabala Ramazanov 9-cu oldu
14.10.2014 - 10:05
Ağabala Ramazanov 9-cu oldu

AVRO-2016-nın seçmə mərhələsində Xorvatiya ilə Osiyekdə keçirilən qarşılaşma daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, matçın 30-cu dəqiqəsində meydana daxil olan Ağabala Ramazanov karyerasında ilk dəfə əsas yığmada çıxış etdi.

 

Cəmi 11 dəqiqə meydanda olan hücumçu Azərbaycan yığmasında oynayan futbolçuların sayını 196-ya çatdırdı. 0:6 hesablı məğlubiyyətimizlə nəticələnən qarşılaşmayadək 209 matçda 195 futbolçunun şərəfini qoruduğu komandamızın 196-cısı Ağabala oldu.

 

Ramazanov 2014-cü ildə millidə debüt edən 9-cu oyunçu kimi tarixə düşüb.

 

Belə ki, Filippinlə matçda (1:0) Tuğrul Erat, Elvin Yunuszadə və İlkin Qırtımov, ABŞ-la görüşdə (0:2) Abdulla Abatsiyevlə Dmitri Nazarov, Özbəkistanla görüşdə (0:0) Emin Nuri, Bolqarıstanla matçda (1:2) Tərlan Quliyev bu siyahıya daxil olmuşdu.

 

Bu 196 nəfərlik siyahıya isə Rəşad Sadıqov başçılıq edir. Yığmamızın oyun sayında rekordçusu olan 32 yaşlı müdafiəçi komandada 93 matça çıxıb. Bəzi mənbələr bu rəqəmi şişirtsə də, kapitanın 100-ə 7 oyunu qalıb. Rəşad böyük fərqlə izləyicilərini arxada qoyur.

 

 

futbolçu

oyun

qol

1

Rəşad Sadıqov

93

4

2

Aslan Kərimov

80

0

3

Mahmud Qurbanov

76

1

4-5

Mahir Şükürov

75

4

 

Tərlan Əhmədov

75

0

6

Qurban Qurbanov

67

14

7

Emin Ağayev

65

1

8

Vaqif Cavadov

57

9

9

Vüqar Nadirov

56

4

10

Aleksandr Çertoqanov

54

0