Ağasəlim Mircavadov millinin düşərgəsində
10.11.2014 - 15:35
Ağasəlim Mircavadov millinin düşərgəsində

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Macarıstana ezam olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb 19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış etməsidi.

 

Komandamızın yer aldığı qrupun oyunları Macarıstanda keçirilir. Yığmamıza dəstək olmaq məqsədi ilə əməkdar məşqçi, Şöhrət ordenli Mircavadov AFFA tərəfindən bu ölkəyə ezam edilib. Millinin düşərgəsində olacaq mütəxəssis komandamızın hər 3 oyununu izləyəcək.

 

Mənbə: affa.az