Ağayev darmadağına üzüldü
11.04.2015 - 15:42
Ağayev darmadağına üzüldü

Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev Tverin “Volqa” klubunun baş məşqçisi kimi rəsmi debüt edib. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının II divizionunun Qətb zonasında çıxış edən tverlilər öz meydanında Vladimir “Torpedo”su ilə qarşılaşıb.

 

Uzun qış fasiləsindən sonra ilk oyununa çıxan “Volqa” meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Tver təmsilçisi aprelin 17-də baş tutacaq növbəti turda Sankt-Peterburqda “Zenit-2” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Ağayevin komandası 21 oyunda topladığı 21 xalla 17 komanda arasında 13-cüdü.