“Biz son iki matçda yaxşı oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Çervyakov deyib.
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Yığmamız ötən gün II qrup mərhələsinin III turunda Xorvatiya ilə qarşılaşıb. Komandamız rəqibini 3:1 hesabı ilə məğlub edib.
Oyundan sonra keçirilən mətbuta konfransında Çervyakov qələbəyə şərh verib: “Bu gün biz yüksək səviyyədə oynamaq istəyirdik. Çalışırırdıq ki, qələbə qazanaq və buna da nail olduq. Bizə dəstək üçün ölkəmizə təşəkkür edirəm”.