Noyabrın 15-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Estoniya yığmasının futbolçusu Aleksandr Dmitriyevin apaspaort.az saytına müsahibəsi
- Bu həftə Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcəksiniz. Futbolumuz haqda hansı məlumatınız var?
- İndiyədək Azərbaycan komandaları ilə yollarım kəsişmədiyindən futbolunuz haqda geniş məlumatım yoxdur.
- Qarşıdakı oyun haqda nə deyə bilərsiniz?
- Millidəki hər qarşılaşmanın əhəmiyyəti böyükdür. Çünki öz ölkəni təmsil edirsən. Azərbaycan yığması kimi bir komanda ilə qarşılaşmaq çox maraqlı olacaq.
- Azərbaycan və Estoniya komandaları müxtəlif səviyyələrdə dəfələrlə üz-üzə gəlib. Bu matçlardan xatırladığınız varmı?
- İndiyədək heç vaxt komandalarınızla – milli və klub səviyyəsində üz-üzə gəlməmişəm. Buna görə də nəsə deməyə çətinlik çəkirəm.
- Azərbaycan yığması haqda nə deyə bilərsiz?
- Yığmanız haqda onu bilirəm ki, seçmə mərhələnin son oyununda Rusiyaya qarşı yaxşı oynamısınız. Azərbaycan milli bu qarşılaşmada heç-heçəyə nail olub. Bu da yaxşı nəticədir.
- Ölkəmizdə estoniyalı futbolçular çıxış edib. Bəs siz karyeranız ərzində Azərbaycan klublarından təklif almısınız?
- İndiyədək heç vaxt Azərbaycan klublarından təklif almamışam. Əgər alsaydım mütləq götür-qoy edib qərar verərdim.
- Bu mövsüm “Levadiya” ilə Estoniya çempionu oldunuz. Artıq 31 yaşınız var. 1 illik fasilədən sonra yenidən legioner həyatı yaşmaq istəmirsiniz ki?
- Bəli, artıq mövsüm başa çatıb. Qarşıda bizi məzuniyyət gözləyir. Bundan sonra necə olacağına, hara gedəcəyimə aydınlıq gələcək.
Aleksandr Dmitriyev: Yığmanız haqda onu bilirəm ki... - MÜSAHİBƏ
12.11.2013 - 09:57
0
0