“İnter”in Türkiyədəki toplanışına getməməyin səbəbi hələ də qərar verə bilməməyimdir”. Bunu apasport.az saytına açıqlamasında “İnter”i tərk etdiyi deyilən gürcüstanlı yarımmüdafiəçi Aleksandr İaşvili deyib.
“Bankirlər”lə müqaviləsi başa çatan və hələ də qərar verə bilməyən 36 yaşlı futbolçu paytaxt klubuna dönmək şansının hələ olduğunu bildirib: “İndi Gürcüstandayam. Onsuz da “İnter”in bütün futbolçuları düşərgədə deyillər. Yığmada olanlar var, müqaviləsi bitib. Hələlik tam qərar verməkdə çətinlik çəkirəm. Baş məşqçi Kaxaber Sxadadze komandaya dönməyimi istəyir. Ola bilsin “İnter”in Avstriyadakı toplanışına qatıldım. Təbii ki, “İnter”lə yollarımı ayıra da bilərəm”.