"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının "The Times"ə istinadən məlumatına görə, "Arsenal" onun xidmətində maraqlıdı.
"Topçular"ın rəhbərliyi ötən gün Alleqrinin agenti ilə texniki heyət, klubun strategiyası və transfer büdcəsi kimi bir neçə önəmli məsələni müzakirə ediblər. Mənbənin iddiasına görə, tərəflər danışıqlarda böyük irəliləyiş əldə ediblər.
Alleqri bir müddətdi ki, fərdi müəllimin köməkliyilə ingilis dilini öyrənir.
Qeyd edək ki, "Arsenal"ın dünya çempionatının startına qədər yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir.