Alleqri ilə davam
21.06.2015 - 13:00
Alleqri ilə davam

“Yuventus” baş məşqçisi Massimiliano Alleqri ilə müqavilənin müddətini uzatmaq istəyir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, turinlilər hazırkı müqavilənin müddətini və maliyyə şərtlərini yaxşılaşdırmaq istəyirlər.

 

Belə ki, Alleqri ilə bağlanacaq yeni müqavilə 2017-ci ilə kimi nəzərdə tutulacaq və bu anlaşmaya görə, baş məşqçi illik 3 milyon avro qazanacaq.

    

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2014-cü ildən turinlilərə baş məşqçilik edir. Geridə qalan mövsümdə Alleqri komandasına İtaliya çempionluğu, İtaliya kubokunu və Çempionlar Liqasnın gümüş medalını qazandırıb.