[b]Almaniya kubokunda finalçılar bəllidi[/b]
30.04.2015 - 01:09
Almaniya kubokunda son finalçının adına aydınlıq gətirilib. Apasport. az saytının məlumatına görə, “Volfsburq”un səfərdə “Arminiya”nı 4:0 hesabı ilə məğlub etməsindən sonra ölkə kubokunda həlledici cütlüyün adı bəlli olub.
Beləliklə, “canavarlar” penaltilər seriyasında “Bavariya”nı aciz qoyan Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Almaniya kuboku
Yarımfinal
“Arminiya” – “Volfsburq” - 0:4
Qollar: Maksimilian Arnold, 8; 55; Luiz Qustavo, 31; İvan Perişiç, 51
0
0