Almaniya millisində yeni kapitan
01.09.2016 - 22:46
Almaniya milli komandasının kimliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bastian Şvaynştaygerin milli karyerasını başa vurmasından sonra fərqləndirici sarğı Manuel Noyerə həvalə olunub.
“Bundestim”in vitse-kapitanı isə Noyerin “Bavariya”dan komanda yoldaşı Tomas Müller seçilib.
Qeyd edək ki, 30 yaşlı qapıçı 2009-cu ildən milli komandanın qapısını qoruyur və o, bu vaxta qədər 70 dəfə milli komandanın formasında meydana çıxıb.
0
0