Almaniya millisindən sensasiyalı məğlubiyyət
11.06.2015 - 07:47
Almaniya millisindən sensasiyalı məğlubiyyət

Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ən böyük sensasiya son dünya çempionu Almaniyanın oyununda qeydə alınıb.

 

Belə ki, Bundestim ABŞ yığması ilə qarşılaşmadan məğlub ayrılıb – 1:2. Bu qarşılaşmada hesabı almanlar açsa da, şimali amerikalılar əzmkar qələbəyə sevinib.

 

Digər matçlarda isə favoritlər üstün olub. İsveçrə Lixtenşteyni darmadağın edibsə, Braziliya Hondurası 1 qolla keçib.

 

Yoxlama oyunları

10 iyun

İsveçrə - Lixtenşteyn – 3:0

Almaniya – ABŞ – 1:2

Braziliya – Honduras – 1:0