Almaniya milli komandasının və “Köln”ün hücumçusu Patrik Helmes karyerasını bitirib. Apasport.az saytının alman mətbuatına istinadən məlumatına görə, 31 yaşlı futbolçu uzun müddət davam edən zədələrdən sonra bu qərara gəlib.
2014/15 mövsümünü dizindəki çarpaz bağlardakı zədə səbəbindən boşa verən Helmes bir daha yaşıl meydanlara qayıtmamağı qət edib. Ancaq eks hücumçu futboldan və klubundan uzaqlaşmayacaq. Belə ki, o, bundan sonra “Köln”ün gənclərdən ibarət komandasını çalışdıracaq.
Daha çox “Bayer” və “Volfsburq”dakı çıxışları ilə məşhur olan Helmes Almaniya milli komandasının da formasını geyinib.
Bundestimlə 13 matçda meydana çıxan futbolçu 2 qola imza atıb.