Almaniya nəhəngindən türk əsilli futbolçuya təklif
10.04.2015 - 20:22
Dortmund “Borussiya”sı yarımmüdafiəçisi İlkay Gündoğana yeni təklif göndərib. Apasport.az saytı Qərb mediasına istinadən xəbər verir ki, türk əsilli oyunçuya 2019-cu ilədək öz klubunda qalması fikri irəli sürülüb.
Məlumata görə, Gündoğan təkliflə razılaşacağı halda, ilinə 6.5 milyon avro qazanacaq. Hazırda isə 24 yaşlı futbolçudan cavab gözlənildiyi bildirilir.
Yayılan başqa bir informasiyaya əsasən, oyunçunun meneceri iki həftə əvvəl Madriddə “Atletiko” ilə danışıqlar aparıb.
0
0