Almaniya qalib gəldi, Portuqaliya uduzdu - YENİLƏNİB
08.09.2014 - 00:39
Almaniya qalib gəldi, Portuqaliya uduzdu - YENİLƏNİB

Ötən gün AVRO-2016-nın qrup mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər 3 qrupda 8 oyuna şahidlik edib.

 

Öz meydanında İrlandiyanı qəbul edən Gürcüstan 1:2 hesabı ilə uduzub. Almaniya isə Şotlandiyanı eyni hesabla məğlub etməyi bacarıb.

 

Polşa isə ilk dəfə qrup mərhələsində mübarizə aparan Cəbbəllütariqi səfərdə top atəşinə tutub – 0:7.

 

Günün ən sensasiya doğuraca hesabı Portuqaliyada baş verib. Belə ki, prineylilər doğma publika qarşısında Albaniyaya minimal hesabla (0:1) uduzub.

 

Qeyd edək ki, Azərbaycan milli komandası AVRO-2016-nın qrup mərhələsində ilk oyununu sentyabrın 9-da evdə keçirəcək. Qarşılaşma saat 21:00-da start verəcək.

 

 

AVRO-2016-nın seçmə  mərhələsi

7 sentyabr

D qrupu

Gürcüstan - İrlandiya - 1:2

QOLLAR: Okriaşvili, 38 - Makqidi, 24; 90+1

 

Almaniya – Şotlandiya - 2:1

QOLLAR: Müller, 13; 70 - Anya, 66

 

Cəbbəllütariq – Polşa - 0:7

QOLLAR: Qrosiçki, 11; 48, Levandovski, 50; 53; 86; 90+2, Szukala, 58

 

F qrupu

Macarıstan – Şimali İrlandiya - 1:2

QOLLAR: Priskin, 75 - MakQinn, 81, Lafferti, 88

 

Farer adaları – Finlandiya - 1:3

QOLLAR: Holst, 41 - Riski, 53; 78, Yeremenko, 82

 

Yunanıstan - Rumıniya - 0:1

QOL: Marika, 10

 

I qrupu

Danimarka – Ermənistan - 2:1

QOLLAR: Hoybyerq, 65, Kahlenberq, 80 - Mxitaryan, 50

 

Portuqaliya - Albaniya - 0:1

QOL: Balay, 52