Amit Quluzadə oynadı, komandası qalib gəldi
19.10.2014 - 15:10
Portuqaliya Kubokunda III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma publika önündə "Beyra Mar" klubunu qəbul edib.
Lissabon klubu rəqibini 3:0 hesablı ilə məğlub edib.
Bu görüşdə “Qəbələ”nin sabiq futbolçusu Quluzadə də mübarizə aparıb. O, fasilədən sonra Kikinin yerinə meydana çıxıb.
Qeyd edək ki, Amit "Atletiko"nun heyətində ilk oyununu avqustun 31-də "Trofense"yə qarşı keçirmişdi. Bu matçda 37 dəqiqə oynayan futbolçumuz zədə aldığından həmin vaxtdan meydana çıxa bilməmişdi.
0
0