Amit Quluzadə oynamadı, "Atletiko" sülh bağladı
30.11.2014 - 02:15
Amit Quluzadə oynamadı, "Atletiko" sülh bağladı

Portuqaliya çempionatının II Liqasında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Atletiko" səfərdə "Madeyra”nın qonağı olub.

 

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Komandasının xal itirdiyi matçda Quluzadə ötən turda da olduğu kimi, yenə də meydana çıxmayıb.

 

Qeyd edək ki, "Atletiko" 16 görüşdən sonra 17 xalla turnir cədvəlinin 19-ci pilləsində qərarlaşır.