Amit Quluzadə oynamadı, komandası yenə məğlub oldu
13.09.2014 - 18:35
Amit Quluzadə oynamadı, komandası yenə məğlub oldu

Portuqaliya çempionatının I divizionunda VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə,  Amit Quluzadənin formasını geyindiyi Lissabon "Atletiko"su "Akademiko"nu sınağa çəkib.

 

Qarşılaşmada təmsilçimizin komandası uduzub. Rəqibin 0:1 hesabı ilə qələbə qazandığı oyunda Quluzadənin adı "18-liy"ə salınmayıb.

 

Qeyd edək ki, Amitin ötən tur “Trofense” ilə səfər matçında debüt edib. Start heyətində meydana çıxan yarımmüdafiəçimiz 28-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 37-ci dəqiqədə əvəzlənib. Bu qarşılaşmada “Atletiko” 0:2 hesabı ilə uduzub.