Amrabat “Qalatasaray”dan ayrıldı
25.06.2015 - 21:27
“Malaqa” Nordin Amrabat ilə anlaşdığını açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalılar mərakeşli futbolçu ilə 4 illik müqavilə imzalayıb.
“Qalatasaray”la danışıqlar nəticəsində yarımmüdafiəçinin transfer haqqını tam olaraq əldə edən “Malaqa” “cim-bom”a 3.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Amrabat ötən mövsümü icarə əsasında ispan klubunda keçirmişdi.
28 yaşlı futbolçu “Malaqa” forması ilə 46 oyunda meydana çıxıb, 8 qol vurub.
0
0