AFFA İntizam Komitəsi I dəstənin XVIII turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Şahdağ” – “Mil-Muğan” görüşündə İmişli təmsilçisinin kapitanı Samir Babayev özünü yaxşı aparmayıb.
O, 42-ci dəqiqədə hakimi nalayiq ifadələrdə təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona görə də Babayev 4 oyunluq cəzalandırılıb, klubunu isə 400 manat xərcə salıb.
“Bakılı” – “Lokomotiv” oyununun baş hakimi olan Anar Salmanov əvvəlcə 82-ci dəqiqədə Salman Altuxanovu 2-ci sarı vərəqə göstərərək meydandan qovub. O 8 dəqiqə sonra “dəmiryolçular”ın daha bir futbolçusunu qovub. Səbayıl Bağırov onu təhqir etdiyinə görə birbaşa “qırmızı” alıb. Altuxanov 1, Bağırov isə 4 oyunluq cəzalandırılıb. “Lokomotiv” isə ümumilikdə futbolçularına görə 420 manat ödəməlidir.
Bakıda keçirilən “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Paytaxt klubu 400 manat cərimə ödəməyə məhkum edilib.
Turun mərkəzi qarşılaşması olan “Ağsu” – “Araz Naxçıvan” matçı da qayda pozuntusu ilə əlamətdar olub. Görüşün 90+3-cü dəqiqəsində Naxçıvan klubunun futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun cəzası 3 oyunluq olub, klubu isə AFFA-nın xəzinəsinə 200 manat ödəniş etməlidir. “Ağsu” da cəzasız qalmayıb. Bundan 1 dəqiqə əvvəl meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi olan klub 500 manat cərimələnib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”