Ançelotti 7 qolluq “Şalke” matçını dəyərləndirdi
27.02.2014 - 04:55
Ançelotti 7 qolluq “Şalke” matçını dəyərləndirdi

“Çox şadam. Futbolçularım gözəl oyun nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti “Şalke” ilə səfərdəki oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

Madrid klubunun çalışdırıcısı Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşündəki 1:6 hesablı qalibiyyəti dəyərləndirib:

 

“Bu fantastik oyun idi. Hər şey ideal alındı. Demək olarmı ki, artıq 1/4 finaldayıq? Rəqibə hörmət etmək lazımdır. Əvvəlcə ikinci görüşü keçirmək lazımdır. Çünki futbol sürprizlərlə doludur. Üstünlük bizim tərəfimizdədir, amma hələ heç nə bitməyib”.