Ançelotti: “Bavariya” favoritdir
04.03.2014 - 00:53
Ançelotti: “Bavariya” favoritdir

 

 

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının qalibi olacağına ümid etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, bununla yanaşı o, “Real”ın favorit olmadığını da etiraf edib.

 

Ançelotti Çempionlar Liqasında onuncu qalibiyyətin “Real” üçün ciddi motivasiya olduğunu vurğulayıb: “Avrokuboku əldə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik. Bizim rəqiblərimizdən ən təhlükəlisi kimdir? Dörddə bir finalın bütün iştirakçıları rəqabətə davamlı olacaqlar. Amma “Bavariya” favoritdir”.

 

Qeyd edək ki, “Real” Avropanın əsas futbol turnirində doqquz dəfə qalib olub. Komandanın sonuncu belə qələbəsi 2002-ci ilə təsadüf edir. Madridlilər bu mövsüm 1/8 finalda “Şalke”ni 6:1 hesabı ilə darmadağın ediblər. Cavab görüşü martın 18-də baş tutacaq.