Andre Şürrleyə İngiltərədə medal veriləcək
14.05.2015 - 20:15
“Volfsburq”un futbolçusu Andre Şürrle İngiltərə çempionatının qızıl medalını alacaq. Apasport.az saytının məlumatına görə, bu barədə yarımmüdafiəçi özü məlumat verib.
Joze Mourinyonun medalını almaq üçün onu Londona dəvət etdiyini bildirən Şürrle, bundan çox məmnun olduğunu da qeyd edib:
“Mourinyo mənə mesaj yazaraq İngiltərə çempionatının qızılını qazandığımı bildirdi. Çox şadam ki, məni medalımı almaq üçün Premyer Liqanın son oyununa dəvət etdilər”.
0
0