Andrea Pirlo “Yuventus”dan gedir
19.05.2015 - 08:35
Andrea Pirlo “Yuventus”dan gedir

“Yuventus”un ulduz futbolçusu Andrea Pirlo klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, veteran futbolçu gələn mövsümdən Avropada çıxış etməyəcək.

 

35 yaşlı oyunçu karyerasını Qətərdə davam etdirməyi qərara alıb. Hazırda bu ölkənin iki klubu – “Əl-Caiş” və “Əl-Sədd” onun xidmətində maraqlıdı. Pirlonun bu komandalardan biri ilə anlaşması gözlənilir. Onun “Yuventus”la müqavilə müddəti 2016-cı ilin yayına qədər olsa da, turinlilər anlaşmanı ikitərəfli razılıqla pozmağa hazırdılar.

 

Qeyd edək ki, 2011-ci ildən “Yuventus”un formasını geyinən Andrea Pirlo bu klubla 4 dəfə A seriyasının qalibi olub. Bu mövsüm isə daxili çempionatda 18 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.