Andrea Pirlo millimizlə oyundan əvvəl yığmaya qayıtmasının səbəbini açıqladı
10.10.2014 - 09:46
Andrea Pirlo millimizlə oyundan əvvəl yığmaya qayıtmasının səbəbini açıqladı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycanla üz-üzə gələcək İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo matçdan öncə maraqlı açıqlamalar verib. Apasport.az xəbər verir ki, mətbuat konfransında danışan ulduz futbolçu milli komandaya qayıtması haqqında fikirlərini bildirib.

 

O, İtaliya yığmasına dönməsinə belə aydınlıq gətirib: “Mənim İtaliya millisinə geri dönməyimə səbəb Antonio Konte oldu. Onun israrlarından sonra yenidən heyətə qayıtdım. İnanıram ki, Kontenin düşündüyü köməyi komandama edə biləcəm”.

 

Qeyd edək ki, İtaliya – Azərbaycan matçı bu gün saat 23:45-də keçiriləcək.