Andrey Doboviçnik: Biz Azərbaycanla oyunda sürpriz gözləmirik
30.01.2014 - 01:50
Andrey Doboviçnik: Biz Azərbaycanla oyunda sürpriz gözləmirik

“İtaliya ilə oyun maraqlı keçdi. Biz bu matçda qələbə qazanmağı planlaşdırmışdıq. Ona görə də bu bizim üçün sürpriz deyildi. Yetirmələrimə gözəl oyuna görə təşəkkür edirəm”. Apasport.az saytının Belçikaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Sloveniya yığmasının baş məşqçisi Andrey Doboviçnik deyib.

 

Sloveniyalı çalışdırıcı bu gün Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatının İtaliya ilə ilk oyunundan (3:2) sonra mətbuat konfransına çıxıb. O, millimizlə oyun haqqında bunları deyib: “Bizi Azərbaycanla çətin oyun gözləyir. Onlara hörmət edirik. Yaxşı, təcrübəli komandadırlar. Biz meydanda kimin güclü olduğunu meydanda görəcəyik. Bizim digər komandalar kimi, Azərbaycan haqqında da məlumatlarımız var. Biz Azərbaycanla oyunda sürpriz gözləmirik. Yəni qələbə qazanacağıq. Ancaq futzalda hər şey ola bilər”.

 

Səbuhi TOFİQOĞLU

Antverpen