İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən məşhur fransalı hücumçu Nikolya Anelka ölkə futbol assosiasiyası tərəfindən cəzalandırılıb. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun antisemit çıxışı olub.
Bu qərardan sonra 5 oyunu buraxacaq olan 34 yaşlı futbolçu 80 min funt-sterlinq də cərimə ödəyəcək. Anelka ötən il daxili çempionatda keçirilən “Vest Hem”lə matçda qol vurandan sonra faşistlərsayağı salam verdiyi üçün assosiasiya ona qarşı antidiskriminasiya sanksiyası qəbul edib.
Qeyd edək ki, “Arsenal”, “Real” PSJ, “Çelsi”, “Fənərbaxça” kini klublarda çıxış etmiş Fransa millisinin sabiq üzvü son olaraq Çin təmsilçisi “Şanxay Şenşua”dan “Vest Bromviç”ə transfer olunmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”