“Mən öz işimi ürəklə görürəm. İtaliya yığmasına çətin bir vaxtda gəldim”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.
AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan “Skuadra Adzurra”nın çalışdırıcısı gələcəyi ilə bağlı danışıb: “Ümid edirəm ki, bu seçimim düzgün oldu. Mənim gələcəyim? Komandayla fasiləsiz ünsiyyət saxlamağı sevirəm. Buna görə mən bir az məyus olmuşam. Hazırda milli komandanı çalışdırıram. Ola bilsin ki, gələcəkdə xaricə gedəm və ya ölkə klublarının birinə rəhbərlik edəm”.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2014-cü ilin avqustundan İtaliyanı çalışdırır.