Aqil Məmmədov: Mən sözümü orada dedim
29.10.2014 - 19:18
Aqil Məmmədov: Mən sözümü orada dedim

“Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının X turunda evdə “Xəzər Lənkəran”a 1:2 hesabı ilə udzmalarına şərh verib: “Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündür. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt danışıb, cəzalanmışam. Burada nə var ki? Mən sözümü orada dedim. İndi nəsə münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.