Aqil Məmmədov müdafiəçiləri qınayıb, dəyişikliklər olacağını dedi
29.11.2014 - 17:24
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının XIV turunda keçirilən AZAL-la oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis 2:3 hesabı ilə uduzduqları qarşılaşmada arxa xətt oyunçularını günahlandırıb.
O bildirib ki, müdafiəçilərinin bərbad oyununa görə uduzublar: “AZAL layiqli qələbə qazandı. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0