Aqil Məmmədov yenidən “Sumqayıt”da - FOTO
11.01.2016 - 16:57
“Sumqayıt” klubunda yeni təyinat gerçəkləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri” təmsilçisinin sabiq baş məşqçisi Aqil Məmmədov klubda texniki direktor vəzifəsinə gətirilib.
Bu, klubun Müşahidə Şurasının qərarına əsasən gerçəkləşib. Məmmədov texniki direktor kimi “Sumqayıt”ın akademiyasına rəhbərlik edəcək. O, bu gün akademiyanın məşqçi və inzibati heyətinə təqdim edilib.
Qeyd edək ki, 2013-cü ilin yayında “Sumqayıt”ın baş məşqçisi təyin olunan Məmmədov Topaz Premyer Liqasının cari mövsümünün VII turundan sonra istefa verib.
0
0