UEFA AVRO-2016-nın seçmə mərhələsinin ən təhlükəli oyununu açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ”ın sol cinah müdafiçisi Ansi Aqollinin milli komandası Albaniya ilə Serbiya matçını arasında baş tutacaq qarşılaşmadır.
Belə ki, Kosovanın müstəqilliyini elan etməsindən sonra albanlarla serblər arasında düşmənçilik yaranıb. Serbiyanın paytaxtı Belqrada gələn Aqollinin komandası təhlükəsizlik xidmət orqanlarının müşaəti ilə qaldıqları otelə yerləşdiriliblər.
UEFA təhlükəsizlik səbəbi ilə alban azarkeşlərini Serbiyaya gəlmələrini qadağan edib. Lakin buna baxmayaraq, müxtəlif yollardan 3 minə yaxın Albaniyadan olan fanatların qarşılaşmanı izləməyə gələcəyi gözlənilir. Matçın keçiriləcəyi stadionda isə 1500 polisin iş başındsa olacağı bildirilir.
Qeyd edək ki, iki ölkə daha əvvəl 1967-ci ildə keçmiş Yuqoslaviya dövründə Belqradda üz-üzə gəlib. Həmin oyunda birincilər 4:0 hesabı ilə qələbə qazanıb.