Aquero 100-ə çatdı
12.04.2015 - 21:01
Aquero 100-ə çatdı

Serxio Aquero “Mançester Siti” heyətində 100 qolunu vurub. Apasport.az  saytının məlumatına görə, “Mançester Yunayted”lə derbi qarşılaşmasında dubl edən forvard, bütün turnirlər daxil bu göstəriciyə yiyələnib.

 

Son turda əzəli rəqiblərin oyununda “qırmızı şeytanlar” 4:2 hesabı ilə inamlı qələbə qazanıb.

 

Qeyd edək ki, argentinalı hücumçu 2011-ci ildən “şəhərlilər”in şərəfini qoruyur. O, “Mançester Siti”yə  Madridin  “Atletiko” klubundan transfer olunub.