İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Arda Turan “Milan”a keçə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Ardanın bu mövsümün sonunda komandasından ayrılacağı xəbərləri yayılıb.
“Qalatasaray”dan 13 milyon avro müqabilində “Atletiko Madrid”ə keçən və 3 il bu komandanın şərəfini qoruyan Arda artıq yeni klub axtarışına başlayıb. Qeyd edək ki, mövsümün əvvəlində də Ardanın “Atletiko”dan ayrılacağı iddia edilirdi. O zaman klub rəhbərliyi onu əlində saxlaya bilmək üçün onun müqaviləsini uzatmış, hətta müqaviləyə 42 milyon avro müqabilində sərbəst futbolçuya çevrilə bilməsi barədə bənd salmışdı.
Dünən “Real Madrid”lə derbi zamanı göstərdiyi oyunla yenidən diqqət mərkəzinə gələn Ardanın klub rəhbərliyi ilə görüşdüyü bildirilir. İspaniya mətbuatı iddia edir ki, rəhbərlik Ardaya bir çox təkliflər gəldiyi və bu dəfə onu saxlaya bilmələrinin çox çətin olacağını etiraf edib.
İspaniya mətbuatı Türkiyə futbolunun ulduzunun növbəti komandasının adını da yazıb. Məlumatlara görə, bu mövsüm çox zəif çıxış edən “Milan” gələn il üçün planlar qurur və bu planlara Ardanın 30 milyon avro müqabilində əldə edilməsi də daxildir. Arda Turanın özünün də bu təklifə müsbət yanaşdığı vurğulanır. Futbolla “Qalatasaray”da vidalaşmaq niyyətində olan Arda, Avropada son transferini həyata keçirmək istəyir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”