İspaniya La Liqasının XIII turunun əy yaxşı “11-liy”i açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Marca” qəzetinin hər həftə hazırladığı “turun 11-liyi”ndə Türkiyə millisinin futbolçusu Arda Turan da yer alıb.
“Atletiko”da forma geyinən “Qalatasaray”ın sabiq oyunçusu son turda “Deportivo” ilə matçda komandasının 2:0 hesabı ilə qalib gəlməsində əsas pay sahiblərindən olub. “Marca” qəzeti qarşılaşmanın 55-ci dəqiqəsində Madrid klubunun 2-ci qoluna imza atan Turana 7 qiymətini verib.
“Real Sosyedad”ın yeni baş məşqçisi Devid Moyes təsis edilən “11-lik”də isə 7 xalla komandanın baş məşqçisi seçilib.
La Liqada XIII turun “11-liy”i: Kemani (“Malaqa”) – 7,5, Kolotto (“Espanyol”) - 7, San Joze (“Atletik”) - 7, Marselo (“Real”) - 7, Buskets (“Barselona”) – 7, Martines (“Real Sosyedad”) – 7, Vitolo (“Sevilya”) – 7, Arda (“Atletiko”) – 7, Benat (“Atletik”) – 8, Vela (“Real Sosyedad”) – 9, Bakka (“Sevilya”) – 8.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya