Arda Turan transfer xəbərlərinə aydınlıq gətirdi
28.06.2015 - 18:40
Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Arda Turan klubdan ayrılıb, “Barselona” ilə anlaşdığı haqda yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, türk futbolçu şəxsi “tvitter” hesabından yayılan məlumatların yalan olduğunu bildirib:
“Haqqımda yayılan transfer xəbərləri həqiqətə uyğun deyil. Menecerim 3-4 klubla danışıqlar aparır. Yenilik olarsa buradan məlumat verəcəm”.
Qeyd edək ki, 28 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin yaxından maraqlandığı deyilir.
0
0