Vilnüsün “Jalgiris” klubu ardıcıl 3-cü dəfə Litva çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 33-cü turun “Atlantas”la səfər oyununda 1:0 hesabı ilə qalib gələrək, qızıl medalları təmin edib.
Xal hesabını 82-yə çatdıran “Jalgiris” finişə 3 tur qalmış ən yaxın izləyicisi “Trakai” ilə fərqi 7-də saxlayıb. Vilnüslülərin çempionatda çıxışını başa vuran “Kruoya” ilə qarşılaşması qaldığından və texniki qələbə qazanacaqları bəlli olduğundan 1-ci yerin taleyi həll olunub.
Qeyd edək ki, ümumilikdə 6-cı dəfə Litva çempionu olan “Jalgiris” Çempionlar Liqasının 2016/17 mövsümünə vəsiqə qazanıb.