Ağdamın “Qarabağ” klubu ardıcıl 3-cü dəfə Avropa Liqasının pley-offunda çıxış edəcək. Apapsort.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya “Seltik”inə uduzan (0:1, 0:0) ağdamlılar Avropa Liqasına yuvarlanıb.
Ötən mövsümdə eyni ssenariyə üzülən “Qarabağ” qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində digər yarışdan göndərilmişdi. 2013/14 mövsümündə isə Qurban Qurbanovun yetirmələri pley-offa elə Avropa Liqasında irəliləmişdi.
Ümumiyyətlə isə Azərbaycan çempionları 4-cü dəfə bu mərhələdə büdrədiyindən aşağı dərəcəli turnirə keçir. Ardıcıl ikinci dəfə eyni halla üzləşən “Qarabağ”dan başqa, “Bakı” və “Neftçi” də bununla təsəlli tapıb.
Avropa Liqasında pley-offa irəliləməyimizə də eyni sayda təsadüf olunub. 3 dəfə “Qarabağ”, 1 dəfə “Neftçi” bu qədər irəliləyib. 8 dəfə pley-offda oynayan komandalarımızın bu uğurlarından 5-i ağdamlılarla bağlıdı. “Neftçi” 2, “Bakı” 1 dəfə qrupun bir addımlığında olub.
Qeyd edək ki, ilk dəfə 2012/13 mövsümündə “Neftçi” pley-offu adlayıb, qrupa düşməyə nail olub. 2014/15 mövsümündə isə bunu “Qarabağ” təkrarlayıb.
Çempionlar Liqasından Avropa Liqasının pley-offuna yuvarlananlar
2009/10. “Bakı”
2012/13. “Neftçi”
2014/15. “Qarabağ”
2015/16. “Qarabağ”
Avropa Liqasının pley-offuna yüksələnlər
2009/10. “Qarabağ”
2010/11. “Qarabağ”
2013/14. “Qarabağ”
2014/15. “Neftçi”