Ardıcıl 9-cu dəfə
10.11.2014 - 12:41
Çempionlar Liqasının 2015/16 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, BATE növbəti dəfə Belarus çempionu olmaqla qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə edib.
Borisov təmsilçisi buna mövsümün sonuna iki tur qalmış nail olub. “Naftan”ı 4:0 hesabı ilə məğlub edən BATE xal hesabını 67-yə çatdırıb. Ən yaxın izləyicisi olan Minsk “Dinamo”sunun “Torpedo” ilə görüşdə xal itirməsi (1:2) borisovlulara qızıl medallar qazandırıb. Finişə 2 tur qalmış rəqibindən 7 xal öndə olan BATE ardıcıl 9-cu, ümumilikdə 11-ci dəfə ölkənin ən yaxşısı olub.
0
0