Argentinalı futbolçunun cəzası açıqlandı
29.10.2015 - 02:04
“Barselona”nın müdafiəçisi Xavyer Maskeranonun cəzası açıqlanıb. Apasport.az saytının məlumatına görə, katalonların argentinalı futbolçusuna iki oyunluq cəza verilib. Bu barədə qərarı İspaniya Futbol Federasiyası açıqlayıb.
Maskerano La Liqanın son turunda - "Eybar"la oyunda qırmızı vərəqə almışdı. Onun görüşün baş hakimi Karlos Qrandeyə qarşı nalayiq ifadə işlətdiyi deyilirdi. İspaniya idman ictimaiyyəti bu hərəkət üçün yarımmüdafiəçinin ən az 5 oyun cəza ala biləcəyini müzakirə edirdi.
Beləliklə, Maskerano “Xetafe” və “Vilyarreal”la görüşlərdə komandasına kömək edə bilməyəcək.
0
0