Arif Əsədov: “Neftçi” fiziki cəhətdən hələ tam hazır deyil
13.09.2014 - 19:55
Arif Əsədov: “Neftçi” fiziki cəhətdən hələ tam hazır deyil

"Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa bir zamanda komandanı oyuna hazırladıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Balı klubu Topaz Premyer Liqasınsa V turun oyunda dogma publika önündə “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib.

 

Təcrübəli çalışdırıcı cənublular üzərində qazanılan zəfərdən danışıb: “Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq. Görüş çətin alındı. İlk hissədə 10 nəfər qaldıq, məcbur olduq ki, həm heyətdə, həm də taktiki planda dəyişiklik edək. Erik Ramosun ehtiyatda qalmağı limitlə bağlıdı. Kauenin daha çox hücumameylli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam-intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komanda fiziki cəhətdən hələ tam hazır deyil”. 

 

Mənbə: pfl.az