Arif Əsədov: Hesab daha böyük ola da bilərdi
13.03.2015 - 17:32
Arif Əsədov: Hesab daha böyük ola da bilərdi

“Maraqlı oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq”. Apasport.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Ölkə Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-la cavab matçından sonra fikirlərini bölüşən Əsədov bunları əlavə edib: “Futbolçulara təşəkkür edirəm. Hesab daha böyük ola da bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odu ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”.

 

Qeyd edək ki, AZAL – “Neftçi” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “ağ-qaralar” yarımfinala adlayıblar.