“Neftçi” Azərbaycan kubokunda ardıcıl olaraq 4-cü dəfə finala yüksəlməklə futbol tariximizdə daha bir rekorda imza atdı Apasport.az saytının məlumatına görə, “İnter”lə yarımfinalın cavab oyununun ardından komandanın baş məşqçisi Arif Əsədov bu məqamı sevindirici hal kimi qiymətləndirib.
O, həmçinin, qarşılaşmaya olan hazırlıqlarını media mənsublarına çatdırıb: “İlk oyundakı qələbədən sonra cavab matçına ciddi hazırlaşmışdıq. Çünki çətin keçəcəyini bilirdik. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Neftçi”nin finaldakı rəqibi Ağdamın “Qarabağ” klubudu.