Arif Əsədov: Vacib xallar itirdik
09.04.2015 - 19:31
Arif Əsədov: Vacib xallar itirdik

Topaz Premyer Liqasının XXIX turunun prinsipial kəsb edən qarşılaşmasında “Xəzər Lənkəran”  “Neftçi”yə sonradan iki qol vuraraq, bir xalla kifayətləndi. Apasport.az saytı PFL-ə istinadən xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Arif Əsədov matçdan sonra  təşkil olunan  mətbuat konfransında təəssüfünü gizlətməyib.

 

Əsədovun fikrincə, vurulan iki topun ardından komandası arxayın oyun sərgiləyib: “İki fərqli hissə izlədik. İlk 45 dəqiqədə ən yaxşı oyunumuzu keçirdik, amma sonradan daha pis təsir bağışladıq. Birinci hissədə hesab 5:0 da ola bilərdi. Çox təəsüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik. Bu matçda vacib xallar itirdik”