Arşavin “Zenit”i tərk edir
25.06.2015 - 20:31
Andrey Arşavin “Zenit”dən ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın TASS agentliyi xəbər verib.
Bildirilir ki, məşhur futbolçu bu yay başa çatan müqaviləsini yeniləmək istəmir.
Rusiya milli komandasının da formasını geyinən Arşavinin “Tosno”ya keçəcəyi iddia olunur.
Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Zenit”lə meydana çıxdığı 14 oyunda cəmi bir dəfə fərqlənib.
0
0