İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer Almaniyanın “Bavariya” klubu ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Venqer ötən mövsümlə müqayisədə almanların hücum oyununun zəiflədiyini vurğulayıb.
“Ötən il həddən artıq gözəl formada olan Riberi və Robben bir yerdə oynayırdılar və “Bavariya” hücuma keçəndə həqiqətən dəhşətli təsir bağışlayırdı. Onlar bu mövsüm də topa çox nəzarət edirlər. Amma fikrimcə, əvvəlki kimi təhlükəli deyillər. Hamınız “Arsenal”la oyunu gördünüz. Biz 10 nəfərlə oynasaq da, “Bavariya”nın qol imkanları o qədər də çox deyildi. Hazırda “Real” hamını uda biləcək komandadır. Fikrimcə, bu, ən balanslaşmış komandadır” – deyə, Venqer bildirib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”