Ukrayna milli komandasının sabiq futbolçusu Artyem Milevski yerli mətbuata müsahibə verib. Apasport.az xəbər verir ki, 29 yaşlı hücumçu yığmasının Belarusa qarşı keçirəcəyi oyundan danışıb.
Hazırda “Hayduk”un şərəfini qoruyan Milevski Xorvatiya – Azərbaycan matçını da izləyəcəyini bildirib: “Belarus millisini tanımıram. Onlar haqqında nəsə deyə bilmərəm. Məni Belarusla birləşdirən tək şey valideynlərimin orada yaşamasıdır. Mən Ukrayna – Belarus oyununa baxacağam. Həmçinin Xorvatiya və Azərbaycan milli komandaları arasındakı oyunu da izləməyi planlaşdırmışam. Çünki mənim üçün bu qarşılaşma maraqlı olacaq”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı oktyabrın 13-də Osiek şəhərində keçiriləcək.